Mourinyo Neymarın "Fənərbağça"ya mümkün keçidindən DANIŞDI

Mourinyo Neymarın "Fənərbağça"ya mümkün keçidindən DANIŞDI

Hazırda oxunan: Mourinyo Neymarın "Fənərbağça"ya mümkün keçidindən DANIŞDI
266053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Santos"un futbolçusu Neymarın İstanbul klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media "Sporty Net"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis deyib:

"Heç bir danışıq olmayıb. Məncə, onun buna marağı yoxdur. Neymar özü gələcəyini və xoşbəxt olacağı yeri seçə bilər.
 

O, artıq Avropada ən nüfuzlu turniri qazanıb, Səudiyyə Ərəbistanında maliyyə baxımından qalib gəlib… Bu sıfırları düşünməyə belə dəyməz. İndi isə Braziliyaya qayıdıb, bu onun həvəsidir.


Onu, şübhəsiz ki, daha çox maraqlandıran qarşıdakı mövsümdür ki, bu da dünya çempionatı ilə başa çatacaq. Bu, onun üçün inanılmaz dərəcədə vacibdir, çünki Neymar Braziliya yığmasında çıxış edərkən çox vaxt məyusluqlarla üzləşib. Məncə, indi diqqətinin mərkəzində də bu olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO