“Ferensvaroş”un baş məşqçisi indidən qorxuya düşüb: “Qarabağ”la oyun məyusedici ola bilər

“Ferensvaroş”un baş məşqçisi indidən qorxuya düşüb: “Qarabağ”la oyun məyusedici ola bilər

Hazırda oxunan: “Ferensvaroş”un baş məşqçisi indidən qorxuya düşüb: “Qarabağ”la oyun məyusedici ola bilər
264966
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Ferensvaroş”un baş məşqçisi Robbi Kin “Ludoqorets”lə maçtdan sonra mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, 45 yaşlı mütəxəssis növbəti mərhələdəki rəqibi “Qarabağ”la bağlı sualı da cavablandırıb.

Robbi Kin “Köhlən atlar”la “pley-off” qarşılaşmasının asan olmayacağını deyib:
 

“İndi bugünkü qələbəmizdən (3:0) həzz almalıyıq. Çünkü növbəti oyunlar bizim üçün məyusedici ola bilər. Amma mən uşaqlara dedim ki, əgər Çempionlar Liqası himnini eşitmək istəyirlərsə, masaya nə qoymaq lazım olduğunu bilsinlər. Hər kəs yaxşı bilir ki, bu səviyyədə hansı uğur üçün mübarizə aparılır. Mən artıq orada oynamışam, necə bir hiss olduğunu bilirəm. İstəyirəm ki, onlar da bu hissi yaşasınlar”.


Qeyd edək ki, “Qarabağ”ın “Ferensvaroş”la ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı isə avqustun 27-də Bakıda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO