Güləşçimiz DÜNYA ÇEMPİONU oldu - FOTO

Güləşçimiz DÜNYA ÇEMPİONU oldu - FOTO

Hazırda oxunan: Güləşçimiz DÜNYA ÇEMPİONU oldu - FOTO
262541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yunanıstanın paytaxtı Afinada U-17 dünya çempionatı davam edir. Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan komandası mundialda 1 dəst medal qazanıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” qələbə qazanıb növbəti mərhələyə adladı - VİDEO


Abdurrahman Hüseynli (45 kiloqram) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal qazanıb.

Hikmət Haqverdiyev (51 kiloqram) finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabı ilə məğlub olub və gümüş medalı boynundan asıb.

Əli Nəzərov (60 kiloqram) həlledici görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevə heç bir şans verməyib. Rəqibini 6:1 hesabı ilə üstələyən həmyerlimiz dünya çempionu olub.

Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşündə iranlı Mohammad Kazımiyə minimal fərqlə (3:4) məğlub olub.
 

Səid Paşayev (92 kiloqram) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Adilet Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Uzuna 0:5 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.


DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.

Güləşçimiz DÜNYA ÇEMPİONU oldu - FOTO - foto 1
Güləşçimiz DÜNYA ÇEMPİONU oldu - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO