Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib

Hazırda oxunan: Ronaldodan tarixə düşəcək müqavilə: beləsi hələ görülməyib
256944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası 39 yaşlı dünya ulduzu Kriştiano Ronaldo ilə 2 illik rekord müqavilə imzalayıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən müqavilənin detalları üzə çıxıb.

Razılaşmanın ən diqqət çəkən bəndi Ronaldoya verilən 15%-lik klub payı olub.

Müqavilənin digər şərtləri isə aşağıdakı kimidir:

İllik maaş: 209 milyon avro

İmza haqqı: 28,8 milyon avro

Hər qol üçün: 94 min avro bonus

Hər asistə görə: 47 min avro bonus

Ən yaxşı bombardir olarsa: 4,7 milyon avro bonus

Komanda liqa çempionu olarsa: 9,4 milyon avro

Əl-Nassr Asiya Çempionlar Liqasını qazanarsa: 7,6 milyon avro
 

Ronaldonun həyat səviyyəsi də müqavilənin bir hissəsinə çevrilib. Müqaviləyə əsasən, ulduz futbolçu 4 cangüdən, 4 təmizlik işçisi, 3 bağban, 3 sürücü və 2 şəxsi aşpazla təmin olunub. Şəxsi təyyarə xərcləri klub tərəfindən qarşılanacaq.


Bundan əlavə, “Əl-Nəsr” Ronaldonu 70,5 milyon avroluq sponsorluq razılaşmaları ilə də təmin edəcək. (Ölkə.Az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO