Cüdoçularımız dünya çempionatını 3 bürünc medalla BAŞA VURDULAR

Cüdoçularımız dünya çempionatını 3 bürünc medalla BAŞA VURDULAR

Hazırda oxunan: Cüdoçularımız dünya çempionatını 3 bürünc medalla BAŞA VURDULAR
255639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan yığması mundialı 3 medalla başa vurub.

Millimizin heyətində Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb. Komandamız bu nəticə ilə ümumi hesabda 14-cü pillədə qərarlaşıb.

Çempionat Yaponiya idmançılarının üstünlüyü ilə keçib. "Gündoğar ölkə" təmsilçiləri 6 qızıl, 4 gümüş və 4 bürünc medala sahib olublar. Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən cüdoçular 3 qızıl və 2 bürüncə seviniblər. İtaliya yığması isə iki qızılla siyahıda 3-cü olub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları sabah qarışıq komandalar arasında dünya çempionatında qüvvəsini sınayacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO