“Qarabağ” Brazliya klubunun üzvü ilə danışıq aparır

“Qarabağ” Brazliya klubunun üzvü ilə danışıq aparır

Hazırda oxunan: “Qarabağ” Brazliya klubunun üzvü ilə danışıq aparır
254816
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” yay fasiləsi dönəmində ilk transferini reallaşdıra bilər. Ağdamlıların heyətinə qatmağa çalışdığı futbolçulardan birinin adı məlum olub.

Bizim.Media xəbər verir ki, çempionumuz dəyəri 700 min avro qiymətləndirilən Pedro Biçalo ilə maraqlanır. Son illər Portuqaliya bazarında fəal olan “Qarabağ” ənənəsinə sadiq qalıb.

Braziliyalı dayaq yarımmüdafiəçisi “Alverka”da oynayırdı. Vətənində yetirməsi olduğu “Palmeyras”a məxsus olan oyunçu 2022-ci ildə “Santa Klara”ya icarəyə verilib. 6 aydan sonra vətənə qayıdaraq bu dəfə “Vitoriya”da oynayan Pedro, son iki mövsümü “Alverka”da keçirib.

İyunun 30-da icarə müqaviləsi bitdiyi üçün “Palmeyras”a qayıtmalı olan yarımmüdafəçi bu dəfə “Qarabağ”a gələ bilər. Ağdamlılar onu birdəfəlik almaq istəyir.

24 yaşlı oyunçu son mövsümdə Portuqaliya 2-ci liqasında 33 oyuna çıxıb (21-i start heyətdə), 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO