"Şamaxı" "Səbail"lə HEÇ-HEÇƏ ETDİ - VİDEO

"Şamaxı" "Səbail"lə HEÇ-HEÇƏ ETDİ - VİDEO

Hazırda oxunan: "Şamaxı" "Səbail"lə HEÇ-HEÇƏ ETDİ - VİDEO
247449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasında 33-cü tur davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə “Şamaxı” öz meydanında “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, "Şamaxı" turnir cədvəlində 36 xalla 6-cı, "Səbail" isə 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Hazırda Naxçıvan klubu 54 xalla turnir cədvəlində üçüncü, Masazır təmsilçisi isə 40 xalla dördüncüdür. Əsas izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayan “Araz-Naxçıvan” bugünkü matçda qələbə qazansa, bürünc medallara doğru böyük addım atmış olacaq.

Bu mövsüm tərəflərin keçirdiyi 3 matçdan birində “Sabah” qalib gəlib, digər iki görüş isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Misli Premyer Liqasında artıq “Qarabağ” qızıl, “Zirə” isə gümüş medalları təmin edib.

3 may

17:00. “Şamaxı” - “Səbail” - 1:1

Qollar: Alfons Msanqa, 33 (1:0), Rüfət Abullazadə, 67 - pen. (1:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Şamaxı şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO