“Traktor” İran çempionu oldu - VİDEO

“Traktor” İran çempionu oldu - VİDEO

Hazırda oxunan: “Traktor” İran çempionu oldu - VİDEO
247329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Traktor” komandası 2024/25 mövsümü İran Pro Liqasının qalibi olub.

Bizim.Media xəbər verir ki, Təbriz təmsilçisi tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.

“Traktor” mövsümün sonuna 2 tur qalmış bu adı təmin edib. 56 yaşlı xorvat Draqan Skoçiçin baş məşqçisi olduğu komanda bu gün 28-ci turda səfərdə - Qəzvində yerli “Şəms Azar” üzərində 4:0 hesablı qələbə qazanıb və xalını 64-ə yüksəldib. Qolları Drozdek (2, 31-ci dəq.), Hosseinzadə (9) və Rikardo Alves (84-pen.) vurub.

Cənubi Azərbaycan klubunun ən yaxın izləyicisi olan “Sepahan” (İsfahan) isə öz meydanında 5-ci yerdə qərarlaşmış “Qohar”a uduzub - 1:2 və xalı 56-da qalıb.

Beləliklə, “Sepahan”ın bu məğlubiyyətindən sonra onunla “Traktor” arasında xal fərqi 8-ə yüksəlib. Bu isə o deməkdir ki, son 2 turun nəticəsindən asılı olmayaraq, “Traktor” hazırkı mövsümü lider kimi başa vuracaq.

Əlavə edək ki, bunadək “Traktor”un İran yüksək liqasında ən yaxşı nəticələri 3 dəfə 2-ci yeri, 2 dəfə isə 3-cü yeri tutmağı olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO