"Sevilya" baş məşqçisini istefaya göndərdi

"Sevilya" baş məşqçisini istefaya göndərdi

Hazırda oxunan: "Sevilya" baş məşqçisini istefaya göndərdi
243914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Sevilya" baş məşqçisi Qarsia Pimientanı istefaya göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın XXXI turunda "Valensiya" 0:1 hesabı ilə uduzduqdan sonra və bu ardıcıl 4-cü məğlubiyyət olduğuna görə baş məşqçi ilə yolların ayrılması qərara alınıb.
 

50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 oyun keçirib və bunların 11-də qələbə qazanıb.


Qeyd edək ki, "Sevilya" 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. X.Pimienta “Sevilya”ya qədər İspaniyada “Las Palmas”ı və “Barselona”nın əvəzedicilərini çalışdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO