Sərbəst güləş üzrə Azərbaycan millisi AVROPA ÇEMPİONU oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi AVROPA ÇEMPİONU oldu

Hazırda oxunan: Sərbəst güləş üzrə Azərbaycan millisi AVROPA ÇEMPİONU oldu
243317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərbəst güləş üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.

Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci də Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olub.

Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub.

Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Komandamızın heyətində Giorgi Meşvildişvili (125) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürüncə sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO