Üç güləşçimiz Avropa çempionatının yarımfinalına ÇIXDI

Üç güləşçimiz Avropa çempionatının yarımfinalına ÇIXDI

Hazırda oxunan: Üç güləşçimiz Avropa çempionatının yarımfinalına ÇIXDI
242922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandasının 5 sərbəst güləşçisi döşək üzərinə çıxıb. Onlardan 3-ü adını yarımfinal mərhələsinə yazdırıb.
 

57 kq-da mübarizə aparan İslam Bazarqanov yarışa 1/4 finaldan qoşulub. O, türkiyəli Muhammet Karavuşa 8:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.


Bazarqanov Dünya Güləş Birliyi bayrağı altında yarışan Naçın Monquşla üz-üzə gələcək.

65 kq-da Əli Rəhimzadə 1/8 finalda belçikalı Ayub Musaevə 7:2, 1/4 finalda isə almaniyalı Niko Megerleniyə tam üstünlüklə (10:0) qalib gəlib. O, yarımfinalda Fransanı təmsil edən Xamzat Arsamerzoyevlə qarşılaşacaq.

70 kq-da yarışan Kənan Heybətov 1/8 finalda avstriyalı Benedikt Huberə tam üstünlüklə (10:0), 1/4-də isə Bolqarıstan təmsilçisi Mihail Georgiyevə 4:1 hesabı ilə qalib gələrək adını 1/2 finala yazdırıb.

Dünya Güləş Birliyi bayrağı altında mübarizə aparan David Bayevlə münasibətlərə aydınlıq gətirəcək. 79 kq-da Orxan Abasov təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabıyla məğlub olub.

97 kq-da Abubakr Abakarov 1/8 finalda ukraynalı Vasil Sovaya "tuş"la (9:5) qalib gəlib. O, 1/4 finalda isə macarıstanlı Rixard Veqxə 2:5 uduzub.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO