Hacı Əliyev \"Poland Open\" turnirində bürünc medal qazandı

Hazırda oxunan: Hacı Əliyev \"Poland Open\" turnirində bürünc medal qazandı

24053

İyunun 8-də Varşavada güləş üzrə "Poland Open" turniri start götürüb.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə 57, 70, 79, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Turnirdə 70 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib. Təmsilçimiz Hacı Əliyev "A" qrupunda yer alıb.

Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib.

Üçüncü turda gürcü rəqibindən də güclü olan H.Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub.

Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisi ilə qarşılaşan H.Əliyev rəqibinə minimal fərqlə qalib gəlib.

Digər güləşçimiz Şərif Şərifov (97 kq) isə pley-off sistemi ilə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO