Meksikalı Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu

Meksikalı Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu

Hazırda oxunan: Meksikalı Serxio Peres Azərbaycan Qran-prisinin qalibi oldu
23746
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

Meksikalı sürücü ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Formula-2”-nin qalibi məlum oldu - VİDEO


Aston Martin"də çıxış edən Sebastyan Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutub.

Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 16-cı sıra ilə kifayətlənib.

Yarışın əvvəlində "Alpine"dən Esteban Okon mübarizədən kənarda qalıb. Fransalı sürücünün bolidinin mühərrikində problem aşkarlanıb. Ardınca isə "Aston Martin"dən Lans Strollun avtomobilinin arxa təkəri partlayıb.

49-cu dövrədə lider olan "Red Bull" pilotu Maks Ferstappen qoruyucu səddə çırpılıb və nəticədə onun idarə etdiyi bolidin təkəri partlayıb. Niderlandlının qəzasından sonra isə Qran-pridə uzun fasilə yaşanıb. Daha sonra mübarizə yenidən bərpa edilib. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 16-cı olub.
 

Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. Bakı şəhər halqasında "Formula 1" yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.


2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq ("Mercedes") olub. Daniel Rikkardo ("Red Bull Racing Honda") 2017-ci, Lüis Hemilton ("Mercedes") 2018-ci, Valtteri Bottas ("Mercedes") isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO