
- A-
- A
- A+
İdman
22:05 / 09.01.2025
1 dəq oxunma
“Qarabağ”ın zədəli futbolçularının son durumu AÇIQLANDI
Hazırda oxunan: “Qarabağ”ın zədəli futbolçularının son durumu AÇIQLANDI
229298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov zədədən əziyyət çəkən futbolçularının durumu haqda danışıb.
Bizim.Media xəbər verir ki, o, "Kəpəz"lə bu gün keçirdikləri yoxlama matçından (5:1) sonra bu haqda sualı cavablandırıb:
"Bədavi Hüseynov hələ komanda ilə məşq etmir. Bəhlul və Veşoviçə bu gün 20-25 dəqiqə şərait yaratdıq. Zubirin neçə gündür temperaturu var idi. Yavaş-yavaş tam bərpa olunurlar. Aleksey İsayev də əməliyyat olunub, lakin ilk gündən məşq edir. Ona da ehtiyalı olmağı tapşırmışdıq".
Göründüyü kimi, zədəlilərdən hələ ki, məşqə çıxmayan Bədavi Hüseynovdur. Mərkəz müdafiəçisi ötən ilin dekabr ayının ortalarında "Sumqayıt"la görüşdə əzələsindən zədə almışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































