Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi oldu

Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi oldu

Hazırda oxunan: Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi oldu
228796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ayaks”, “Barselona”, “Milan” və Niderland millisinin sabiq futbolçusu Patrik Klyuvert İndoneziya millisinə baş məşqçi təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano X sosial şəbəkə səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, tərəflər arasında müqavilə daha 24 ay uzadılması imkanı ilə iki il müddətinə nəzərdə tutulub. Yanvarın 12-də mütəxəssisin rəsmi təqdimat mərasiminin keçiriləcəyi bildirilir. Klyuvertin son iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub.

Əvvəllər o, iki il Kyurakao millisini çalışdırıb. Klyuvert futbolçu karyerası ərzində “Ayaks”, “Milan”, “Barselona”, “Nyukasl”, “Valensiya”, PSV və “Lill” kimi komandalarda çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO