Qvardiola: "Kriştiano canavar idisə, Messi canavarın atası idi"

Qvardiola: "Kriştiano canavar idisə, Messi canavarın atası idi"

Hazırda oxunan: Qvardiola: "Kriştiano canavar idisə, Messi canavarın atası idi"
218387
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Qızıl Top"u futbolçusu Rodrinin qazanmasına münasibət bildirib. 

Bizim.Media "HaytersTV"yə istinadən xəbər verir ki, o, mətbuat konfransında deyib: 

"Xavi və İnyesta bu mükafatı ona görə qazana bilməyiblər ki, həmin dövrdə Messi var idi.

Messini isə heç kim məğlub edə bilmirdi. Bunu ancaq Kriştiano edə bilirdi. Kriştiano canavar idisə, Messi canavarın atası idi. Onlar ikisi son 15-20 il ərzində inanılmaz şeylər ediblər. Ona görə, bəlkə də, Xavi və İnyesta bu mükafata layiq idilər. Düşünürəm, Rodri dünən bütün İspaniya futboluna layiq olanı qazandı.
 

Vinisius bu mükafata daha çox layiq idi? Bəlkə də, lakin olan artıq olub. Səsverməni jurnalistlər edirlər, hansısa varlı insanların qruplaşmaları yox. Bu mükafata bütün dünya səs verib, bir ölkə yox". 


Xatırladaq ki, dünən Rodri 2024-cü ilin "Qızıl Top" mükafatını qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO