Boksçularımız Bolqarıstandakı turnirdə 1/4 finala yüksəldilər

Boksçularımız Bolqarıstandakı turnirdə 1/4 finala yüksəldilər

Hazırda oxunan: Boksçularımız Bolqarıstandakı turnirdə 1/4 finala yüksəldilər
215888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında təmsil edən Ruslan Qədirov və Fərhad Şeydayev 1/4 finala yüksəliblər.

Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan R.Qədirov 1/8 finalda Stefan Samoviçi (Serbiya) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 28*:28) hesabı ilə məğlub edib.

Onun bu mərhələdə rəqibi bolqarıstanlı Radoslav Rosenov olacaq.

F.Şeydayev (75 kq) də 1/8 final qarşılaşmasından üstün ayrılıb. Boksçu Çadi Baraiaya (Fransa) 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Şeydayev 1/4 final görüşündə Alan Perrie (Şotlandiya) ilə gücünü yoxlayacaq.

Hər iki idmançı növbəti döyüşünü oktyabrın 16-da keçirəcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO