Azərbaycanın iki şahmatçısı FIDE reytinqində irəlilədi

Azərbaycanın iki şahmatçısı FIDE reytinqində irəlilədi

Hazırda oxunan: Azərbaycanın iki şahmatçısı FIDE reytinqində irəlilədi
213973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

Bizim.Media FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.

Yerli iti zəka sahibləri arasında ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Aktivində 2733 reytinq xalı olan 39 yaşlı qrosmeyster bir pillə geriləyərək 18-ci sırada yer alıb.

Teymur Rəcəbov (2700) 31-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov (2643) 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib. Azərbaycanın 19 yaşlı şahmatçısı Aydın Süleymanlı isə ilk dəfə dünyanın ən yaxşı qrosmeysterləri arasına düşüb. O, 2637 xalla 100-cü sırada qərarlaşıb.

Azərbaycanın qadın şahmatçıları Günay Məmmədzadəyə (2426) 34-cü, Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva (2362) isə 83-cü sırada qərarlaşıblar. Ötən ayın reytinq cədvəli ilə müqayisədə G.Beydullayeva 8, Ü.Fətəliyeva isə 1 pillə irəliləyib.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2802) 2-ci, hindistanlı Arjun Eriqaisi (2797) isə 3-cüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO