“Real Madrid” məğlubiyyətdən son anda qurtardı

“Real Madrid” məğlubiyyətdən son anda qurtardı

Hazırda oxunan: “Real Madrid” məğlubiyyətdən son anda qurtardı

20682

Mayın 9-də futbol üzrə İspaniya La Liqasında XXXV turun daha bir mərkəzi görüşü "Real Madrid" və "Sevilya" komandaları arasında keçirilib.

Bizim.Media xəbər verir ki, Madriddəki "Alfredo di Stefano" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hesabı 22-ci dəqiqədə qonaq komandadan Fernando açıb. Oyunda 67-ci dəqiqəsində Marko Asensio bərabərlik qolunu vurub.

Qarşılaşmanın 78-ci dəqiqəsində İvan Rakitiç penaltidən "Sevilya"nı yenidən önə çıxarıb. Lakin 90+4-cü dəqiqədə Eden Azar "kral klubu"nu məğlubiyyətdən qurtarıb.

Bu nəticədən sonra "Real Madrid" xalını 75-ə çatdıraraq, yenidən ikinci pilləyə qayıdıb. Üçüncü pillədəki "Barselona" da eyni xala malikdir. "Sevilya" 71 xalla dördüncüdür. Turnir cədvəlinə isə 77 xalla "Atletiko" başçılıq edir.

Qeyd edək ki, bu tur daha bir mərkəzi görüş "Barselona" və "Atletiko" arasında olub.

Qarşılaşma qolsuz tamamlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO