Kazanda daha 4 cüdoçumuz mübarizəyə başlayır – Hələlik medalımız yoxdur

Hazırda oxunan: Kazanda daha 4 cüdoçumuz mübarizəyə başlayır – Hələlik medalımız yoxdur

20247

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.

Bizim.Media xəbər verir ki, onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışacaq.

73 kq-da Rəşad Məmmədəliyev və Nurlan Osmanov, 81 kq-da isə Murad Fətiyev və Hidayət Heydərov medal qazanmağa çalışacaq.

Böyük Dəbilqə, 6 may, kişilər:

73 kq

1/16 final. Rəşad Məmmədəliyev - Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi

1/32 final. Nurlan Osmanov - Georgios Azoidis (Yunanıstan)

81 kq

1/16 final. Murad Fətiyev - Terens Kuamba (Qabon)

1/32 final. Hidayət Heydərov - Asad Masabirov (Qırğızıstan)

Qeyd edək ki, Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır. Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO