“Neftçi”dən ayrılan qapıçı Polşa klubuna keçdi

“Neftçi”dən ayrılan qapıçı Polşa klubuna keçdi

Hazırda oxunan: “Neftçi”dən ayrılan qapıçı Polşa klubuna keçdi
201367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi”dən ayrılan İvan Brkiçin yeni komandası rəsmən müəyyənləşib.

Bizim.Media xəbər verir ki, xorvatiyalı qapıçı Polşanın “Motor Lublin” komandası ilə münasibətləri rəsmiləşdirib.

29 yaşlı qolkiper Ekstraklasa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Brkiç klubun rəsmi saytına açıqlamasında təəssüratlarını da bölüşüb:

“Hiss edirəm ki, bu komanda, burada çalışan insanlar, futbolçular və heyət bir-birinə bağlı ailə kimidir. Eşitdim ki, Ekstraklasa rəqabətli liqadır və hər kəs hər kəsi məğlub edə bilər. Ona görə də maraqlı çağırış oldu. Ümid edirəm ki, təcrübəm komandaya kömək edəcək”.

Qeyd edək ki, İvan Brkiç 2022-ci ilin yanvarından bəri “Neftçi”nin formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO