
- A-
- A
- A+
İdman
21:36 / 05.06.2024
1 dəq oxunma
“Zirə” “Turan Tovuz”un üzvü ilə danışıq aparır
Hazırda oxunan: “Zirə” “Turan Tovuz”un üzvü ilə danışıq aparır
195892
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi Azərbaycan Premyer Liqasında komandasını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, moldovalı futbolçunun xidmətində maraqlı olan klublarımız var.
Onlardan biri "Zirə"dir. Qəsəbə təmsilçisi Marandiçini heyətinə qatmağı planlaşdırır. Denislə maraqlanan digər klub isə "Sumqayıt"dır. Moldova millisinin üzvü yaxın günlərdə gələcək karyerası ilə bağlı seçimini edəcək.
27 yaşlı futbolçunun “Turan Tovuz”la müqaviləsi 2024-cü il iyulun 1-də başa çatacaq. O, əvvəllər “Leyriya”, “Çelye”, “Jrinski Mostar”da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































