Çüdoçumuz dünya çempionatının FİNALINDA

Çüdoçumuz dünya çempionatının FİNALINDA

Hazırda oxunan: Çüdoçumuz dünya çempionatının FİNALINDA

193686

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.

Onun finaldakı rəqibi kanadalı Şadi Elnahas olacaq.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO