Şotlandiya Avro-2024 üçün heyəti AÇIQLADI

Şotlandiya Avro-2024 üçün heyəti AÇIQLADI

Hazırda oxunan: Şotlandiya Avro-2024 üçün heyəti AÇIQLADI

193565

Futbol üzrə Şotlandiya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, baş məşqçi Stiven Klark siyahıya 28 oyunçunun adını daxil edib.

Bu futbolçulardan 26-nın adı Avropa çempionatının iştirak ərizəsinə salınacaq.

Qapıçılar: Anqus Qann (“Norviç”), Zender Klark, Kreyq Qordon (hər ikisi “Harts”), Liam Kelli (“Mazeruell”);

Müdafiəçilər: Endryu Robertson (“Liverpul”), Kiran Tirni (“Real Sosyedad”), Cek Hendri (“Əl-İttifaq”), Rayan Porteus (“Uoltford”), Liam Kuper (“Lids”), Skott Makkenna (“Kopenhagen”), Qrant Henli (“Norviç”), Qret Teylor, Entoni Ralston (hər ikisi “Seltik”), Con Suttar (“Reyncers”), Ross Makkrori (“Bristol Siti”);

Yarımmüdafiəçilər: Kallum Makqreqor (“Seltik”), Rayan Kristi (“Bormunt”), Billi Qilmor (“Brayton), Con Makqinn (“Aston Villa”), Kenni Maklin (“Norviç”), Skott Maktominey (“Mançester Yunayted”), Stüart Armstornq (“Sauthempton”), Rayan Cek (“Reyncers”);

Hücumçular: Lindon Dayks (KPR), Çe Adams (“Sauthempton”), Lourens Şenklend (“Harts”), Ben Douk (“Liverpul”), Ceyms Forrest (“Seltik).

Şotlandiya yığması 14 iyun – 14 iyul aralığından baş tutacaq AÇ-2024-ün A qrupunda Almaniya, İsveçrə və Macarıstan milliləri ilə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO