Daha bir güləşçimiz AVROPA ÇEMPİONU oldu

Daha bir güləşçimiz AVROPA ÇEMPİONU oldu

Hazırda oxunan: Daha bir güləşçimiz AVROPA ÇEMPİONU oldu

193542

Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

O, finalda İslam Əliyevə (AİN) 8:2 hesabı ilə qalib gəlib.

Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalın sahibi olub. O, Aapo Viitaladan (Finlandiya) güclü (11:0) olub.

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Petar Qornyaşkini 7:4 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bundan əvvəl komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO