Güləşçilərimiz Avropa çempionatında 8 medal qazandılar

Güləşçilərimiz Avropa çempionatında 8 medal qazandılar

Hazırda oxunan: Güləşçilərimiz Avropa çempionatında 8 medal qazandılar
19067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin iki üzvü həlledici görüşə çıxıb.

Namaz Rüstəmov (67 kq) təsəlliverici qarşılaşmada Zaur Kabaloyevlə (İtaliya) bacarmayıb. 2:1 öndə olan həmyerlimiz son saniyədə qələbəni əldən verərək mübarizəni dayandırıb.

Zamir Məhəmmədov (97 kq) isə bürünc medal görüşündə Nikalay Staduba (Belarus) uduzaraq, yarışı 5-ci pillədə bitirib.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 8 medalla başa vurub. Qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) çempion tituluna yiyələnib.

Sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləş üzrə komandamızın heyətində isə Taleh Məmmədov (63 kq) 2-ci, Eldəniz Əzizli (55 kq) ilə Sənan Süleymanov (77 kq) üçüncü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO