"Zirə" "Turan Tovuz"la, "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək

Hazırda oxunan: "Zirə" "Turan Tovuz"la, "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək

190502

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahiblər 42 xalla 7-ci, paytaxt klubu 49 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Araz-Naxçıvan"la "Sabah" komandaları üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi 35 xalla 9-cu, qonaqlar 49 xalla 5-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXIII tur

16:30. Turan Tovuz” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan” –“ Sabah”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Liv Bona Dea Arena”

Qeyd edək ki, ötən gün "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib - 1:0. "Qarabağ" isə "Neftçi"ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da "Səbail" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO