"Bayer"in 6 futbolçusu mövsümün rəmzi komandasında

Hazırda oxunan: "Bayer"in 6 futbolçusu mövsümün rəmzi komandasında

190436

Almaniya Bundesliqası cari mövsümün rəmzi komandasını açıqlayıb.

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, heyət azarkeşlər, klub nümayəndələri və ekspertlər tərəfindən səsvermə yolu ilə müəyyən edilib. 

Rəmzi komandada "Bayer"in altı futbolçusu yer alıb.

Bundesliqada 2023/2024 mövsümünün rəmzi komandası belədir:

Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund);

Müdafiəçilər: Ceremi Frimponq, Conatan Ta, Alexandro Qrimaldo (hamısı "Bayer"), Valdemar Anton ("Ştutqart")

Yarımmüdafiəçilər: Camal Musiala ("Bavariya"), Qranit Caka, Florian Virts (ikisi də "Bayer").

Hücumçular: Serou Guirassi ("Ştutqart"), Harri Keyn ("Bavariya"), Viktor Bonifase ("Bayer").

Xatırladaq ki, “Bayer” Bundesliqanın 2023/24 mövsümünün çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO