Azərbaycan Premyer Liqası: “Qarabağ” “Qəbələ”, “Zirə” “Neftçi” ilə qarşılaşır

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Qarabağ” “Qəbələ”, “Zirə” “Neftçi” ilə qarşılaşır

188055

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutacaq. Çempion “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. Məğlubiyyət qəbələlilərin turnir cədvəlində sonuncu olmasını rəsmiləşdirəcək.

Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda yarışan “Zirə” və “Neftçi” Zirədə üz-üzə gələcək. Bir xal fərqlə qonşu pillələrdə qərarlaşan komandaların duelində qalib tərəf böyük üstünlük qazanacaq. Qeyd edək ki, turun ilk oyununda “Sumqayıt” səfərdə “Turan Tovuza” 4:1 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası

31-ci tur

20 aprel

16:30. "Qarabağ" – "Qəbələ"

Baş hakim: Fərid Hacıyev

Tofiq Bəhramov adına Respublika Stadionu

19:00.

"Zirə" – "Neftçi"

Baş hakim: İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO