Azərbaycanın şahmat çempionatında 3-cü tur başa çatdı

Azərbaycanın şahmat çempionatında 3-cü tur başa çatdı

Hazırda oxunan: Azərbaycanın şahmat çempionatında 3-cü tur başa çatdı
187137
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib.

Bizim.Media xəbər verir ki, hesabat turunda favorit Aydın Süleymanlı Rüstəm Rüstəmov üzərində qələbə qazanıb. Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovu məğlub edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbəylə başa vurub. Digər partiyalar heç-heçə yekunlaşıb.

3 turdan sonra məğlubiyyətsiz irəliləyən Məhəmməd Muradlı və Aydın Süleymanlı ilk pillələrdə qərarlaşıb. Liderlər hərəyə 2,5 xal toplayıb. Sonrakı yerlərdə Read Səmədov, Abdulla Qədimbəyli, Xəzər Babazadə, Süleyman Süleymanlı, Vüqar Manafov, Misrətdin İsgəndərov və Namiq Quliyev tutur. Hər birinin 2 xalı var.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO