“Real”ın futbolçusu Lionel Messinin rekordunu təkrarlayıb

“Real”ın futbolçusu Lionel Messinin rekordunu təkrarlayıb

Hazırda oxunan: “Real”ın futbolçusu Lionel Messinin rekordunu təkrarlayıb

186595

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior əzəli rəqib “Barselona”nın sabiq kapitanı Lionel Messinin UEFA Çempionlar Liqasındakı məhsuldar ötürmə rekordunu təkrarlayıb.

Bizim.Media xəbər verir ki, braziliyalı hücumçu 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə görüşdə bunu gerçəkləşdirib.

3:3 hesabı ilə başa çatan matçda komandasının 2 qolunun assistini edən 23 yaşlı oyunçu turnirin pley-off mərhələlərində məhsuldar ötürmə sayını 12-yə çatdırıb.

O, bu baxımdan hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Messi ilə eyni göstəriciyə malikdir. Argentinalı bunun üçün 77 görüş keçirmişdisə, Vinisiusa cəmi 25 oyun kifayət edib.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO