Bu legioner də “Qarabağ”dan GEDİR

Hazırda oxunan: Bu legioner də “Qarabağ”dan GEDİR

186400

"Qarabağ" yayda bəzi futbolçularla yollarını ayıracaq.  

Bizim.Media xəbər verir ki, Ağdam klubundan ayrılacağı dəqiqləşən oyunçulardan biri Adama Diakabidir.  

Fransalının özünə yeni komanda tapdığı bildirilir. 

Onun hətta qışda komandadan ayrılacağı gözlənilsə də, futbolçunun maliyyə şərtlərini qəbul edən komanda tapılmadığı üçün sonda "Qarabağ"da qalmalı olmuşdu.

Yayda isə Diakabinin "Qarabağ"dan ayrılacağı dəqiqləşib. 27 yaşlı futbolçu 2023-cü il yanvarın 13-də Ağdam klubu ilə müqavilə imzalamışdı. O, 2025-ci il iyunun 30-na qədər “Qarabağ”a məxsusdur. Fransanın U-21 yığmasının keçmiş üzvü “Renn”, “Monako”, “Haddersfild”, “Nottingem Forest”, “Amyen” klublarının formasını geyinmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO