"Fənərbaxça”dan Superkubok matçı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: "Fənərbaxça”dan Superkubok matçı ilə bağlı AÇIQLAMA

186178

“Fənərbaxça” Türkiyə Superkubokunun “Qalatasaray”la matçının yarımçıq qalmasından sonra açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı paylaşım edib. 

“Meydançaya qalib gəlmək üçün deyil, həqiqəti müdafiəyə çıxdığımız üçün demək istəyirik ki, 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün növlərdə türk idmanına xidmət etmişik. Muzeyimizdə zəhmətlə qazanılmış minlərlə kubok var. 30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”.
Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib.

Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra fənərbaxçalılar meydanı tərk ediblər. Beləliklə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO