“Zirə” “Qəbələ” ilə, “Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq

Hazırda oxunan: “Zirə” “Qəbələ” ilə, “Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq

186049

Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, turun son günündə 2 görüş keçiriləcək.

Əvvəlcə “Zirə” ilə “Qəbələ” münasibətlərinə aydınlıq gətirəcəklər. Bununla da tərəflər bir həftə ərzində ikinci dəfə qarşılaşacaqlar. Tərəflər kubokun yarımfinalında da bir-birilərinə rəqibdirlər. Aprelin 3-də eyni məkanda baş tutan ilk yarımfinal matçında “Zirə” doğma azarkeşlərini 2:1 hesablı qələbə ilə sevindirməyi bacarıb.

Günün və turun son qarşılaşmasında prinsipial rəqiblər - “Neftçi və “Sumqayıt” üz-üzə gələcəklər. Bu komandaların duelindən qalib ayrılacaq tərəf ilk “üçlük”də möhkəmlənəcək.

Qeyd edək ki, turun digər oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:1, “Turan Tovuz” “Sabah”ı 2:0, “Qarabağ” isə “Səbail”i 4:2 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası

XXIX tur

7 aprel

16.30. “Zirə” - “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Zirə İdman Kompleksinin stadionu

20.00. “Neftçi” - “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

“Neftçi Arena”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO