UEFA klublarımıza ÖDƏNİŞ ETDİ 

UEFA klublarımıza ÖDƏNİŞ ETDİ 

Hazırda oxunan: UEFA klublarımıza ÖDƏNİŞ ETDİ 

185826

UEFA Azərbaycan klublarına pul payladın 11 klubuna ödəniş edib. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, maliyyə vəsaiti milli komandaların heyətində Avropa çempionatının seçmə mərhələsində və UEFA Millətlər Liqasının matçlarında çıxış etmiş futbolçulara görə ödənilib.

Avropa futbol qurumundan klublara ayrılan 647 min 643 avro milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb.

“Qarabağ” 219 min 540 avro, “Sabah” 135 min 383 avro, “Neftçi” 109 min 770 avro, “Qəbələ” 47 min 567 avro, “Zirə” 43 min 908 avro, “Səbail” 25 min 613 avro, “Araz-Naxçıvan” 21 min 954 avro, “Turan Tovuz” və “Sumqayıt” hərəyə 14 min 636 avro, “Şamaxı” ilə “Kəpəz” isə 7 min 318 avro alıblar. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO