Messi növbəti oyunu da BURAXACAQ

Messi növbəti oyunu da BURAXACAQ

Hazırda oxunan: Messi növbəti oyunu da BURAXACAQ

184885

Argentina millisinin və "İnter Mayami"inin hücumçusu Lionel Messi komandanın daha bir matçında iştirak etməyəcək. 

Bizim.Media xəbər verir ki, 36 yaşlı futbolçu MLS-in 6-cı turunda "Nyu-York Siti" ilə görüşü də buraxacaq.

Zədəli olan Messinin bərpa prosesi ləngiyir. O, bunadək Argentina millisinin El Salvador və Kosta-Rika ilə iki matçını buraxıb. Məşqçilər heyəti onu aprelin 3-də "Monterrey"lə KONKAKAF Çempionlar Liqası oyununa hazırlamaq niyyətindədir.
Qeyd edək ki, bu mövsüm Messi bütün turnirlərdə 5 matçda iştirak edib, 5 qol vurub və 2 qolun ötürməsini edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO