Azərbaycan millisi “Qalatasaray”ı məğlub etdi

Azərbaycan millisi “Qalatasaray”ı məğlub etdi

Hazırda oxunan: Azərbaycan millisi “Qalatasaray”ı məğlub etdi
184650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyunlarını keçirib. 

Bizim.Media xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi yığmalar keçirdikləri 8 qarşılaşmanın yalnız birində məğlub olublar. 

Yüksək liqa təmsilçisi “Qalatasaray”ın U-16 komandasını (65:54) məğlub edən kollektiv “Emlak Konut”a (54:66) yenilib.

U-16 “Besaş”a (82:56), “Bursa Uludağ”a (69:57) qalib gəlib. U-18 millisi “Besaş” (72:61), “Bursa Uludağ” (84:70) və “İstanbul Allstar” (75:74) klublarındakı həmyaşıdlarını üstələyib. U-14 isə “Darruşafaka”ya şans verməyib – 78:48.

Qeyd edək ki, komandalar ümumilikdə təlim-məşq toplanışında keçirilmiş yoxlama matçlarında 14 qələbə və 1 məğlubiyyət əldə ediblər.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO