Bolqarıstan millimizlə oyuna itki ilə çıxacaq

Bolqarıstan millimizlə oyuna itki ilə çıxacaq

Hazırda oxunan: Bolqarıstan millimizlə oyuna itki ilə çıxacaq

183991

Bolqarıstan yığması "FIFA series - Edition 2024" layihəsi çərçivəsində millimizlə oyuna itki ilə çıxacaq. 

Bizim.Media xəbər verir ki, rəqib komandanın sağ cinah müdafiəçisi Viktor Popov zədə üzündən Bakıdakı matçı kənardan izləyəcək.

Bolqar futbolçu komandanın bugünki məşqində əzələlərində ağrı hiss edib. Bu səbəbdən də onun millimizlə matçda iştirakı sual altına düşüb. 20 yaşlı müdafiəçi Tanzaniya ilə matçda 83 dəqiqə meydanda olub.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı martın 25-də saat 20:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO