“Qəbələ” “Sabah”a qalib gəldi

“Qəbələ” “Sabah”a qalib gəldi

Hazırda oxunan: “Qəbələ” “Sabah”a qalib gəldi
183934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qəbələ” yoxlama oyunu keçirib.  

Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların matçları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə “Sabah”la üz-üzə gəlib.  

Qarşılaşma Bakıdakı “Bank Respublika Arena”da təşkil olunub. Görüşdə hesabı “Qəbələ” açıb.

Birinci hissədə Əyyub Allaş meydan sahiblərinin qapısına yol tapıb. Milli üzvlərinin iştirak etmədiyi qarşılaşmanın gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. Fasilədən sonra “qırmızı-qaralar” daha bir qola imza atıb. Bu dəfə Bilel Auaşeriya fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:0 hesablı qələbə qazanıb. “Qəbələ” növbəti matçını martın 29-da “Neftçi”yə qarşı keçirəcək. Azərbaycan Premyer Liqasının 28-ci turunun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq. Paytaxt təmsilçisini isə Premyer Liqanın 29-cu turunda “Zirə” ilə üz-üzə gələcək. Bu oyun martın 30-da “Masazır Arena”da baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO