Messi MLS-in növbəti iki oyununu buraxacaq

Hazırda oxunan: Messi MLS-in növbəti iki oyununu buraxacaq

183756

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS-in növbəti iki oyununu buraxacaq.

Bizim.Media xəbər verir ki, buna səbəb 36 yaşlı argentinalı hücumçunun zədədən əziyyət çəkməsidir.

Kapitan bud nahiyəsindən aldığı xəsarət ucbatından “Nyu York Red Bullz” (23 mart) və “Nyu York Siti” (31 mart) ilə görüşdə komandasına kömək edə bilməyəcək. Messi Argentina millisinin qarşıdakı yoldaşlıq matçlarını da buraxmalı olacaq.
Onun KONKAKAF Çempionlar Kuboku çərçivəsində aprelin 3-də “Monterrey”lə (Meksika) keçiriləcək matçda iştirakı planlaşdırılır.

Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 5 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO