“Böyük Dəbilqə”: İlk gündə 8 cüdoçumuz mübarizəyə qoşulacaq

“Böyük Dəbilqə”: İlk gündə 8 cüdoçumuz mübarizəyə qoşulacaq

Hazırda oxunan: “Böyük Dəbilqə”: İlk gündə 8 cüdoçumuz mübarizəyə qoşulacaq
183682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizəyə qoşulacaq.

Onlardan 4-ü qadın, 4-ü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər.

1/16 final: Leyla Əliyeva (48 kq) - Katarina Tanzer (Avstriya)

1/16 final: Gültac Məmmədəliyeva (52 kq) - Leonye Qonzales (Fransa) / Binta Ndiaye (İsveçrə) cütünün qalibi

1/32 final: Acelya Toprak (57 kq) - Nino Loladze (Gürcüstan)

1/16 final: Fidan Əlizadə - İrina Zueva (AİN) / Qvantsa Mtçedlişvili (Gürcüstan) cütünün qalibi

1/16 final: Turan Bayramov (60 kq) - Kvanq Cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) cütünün qalibi

1/16 final: Balabəy Ağayev (60 kq) - Vicay Kumar Yadav (Hindistan)

1/32 final: Ruslan Paşayev (66 kq) - Gigi Otyaşvili (Gürcüstan)

1/16 final: Rəşad Yelkiyev (66 kq) - Olu Kubaniçbek Aybek (Qırğızıstan)

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO