Avropa Liqasında növbəti mərhələnin püşkü ATILDI 

Avropa Liqasında növbəti mərhələnin püşkü ATILDI 

Hazırda oxunan: Avropa Liqasında növbəti mərhələnin püşkü ATILDI 

182759

Bu gün Avropa Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrədəki qərargahında təşkil olunub. 1/8 finalda "Qarabağ"ı mübarizədən kənarlaşdıran (2:2, 3:2) "Bayer" 1/4 finalda "Vest Hem"lə (İngiltərə) qarşılaşacaq.

1/4 final

“Milan” (İtaliya) - “Roma” (İtaliya)

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer” (Almaniya) - “Vest Hem” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)

Yarımfinal

“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi

“Milan” - “Roma” cütünün qalibi / “Bayer” - “Vest Hem”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO