“Real Madrid” Arda Gülerlə bağlı sən qərarını verdi

“Real Madrid” Arda Gülerlə bağlı sən qərarını verdi

Hazırda oxunan: “Real Madrid” Arda Gülerlə bağlı sən qərarını verdi
182395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Real Madrid”in prezidenti Florentino Peres transfer dövründə komandadan icarə əsasında ayrılacağı gözlənilən türkiyəli gənc futbolçu Arda Gülerlə bağlı qərar verib.

Bizim.Media "haberturk.com" saytına istinadən xəbər verir ki, İspaniya klubunun prezidenti Peres və baş icraçı direktoru Xose Anxel Sançes Arda Gülerin başqa kluba icarəyə getməyəcəyini vurğulayıblar.

Arda Güler üçün 30 milyon avro sərmayə qoyan və onun keyfiyyətinə hər zaman inanan Peres və Sançes də gənc oyunçunun qarşıdakı dövrdə dünya ulduzu olacağına inandıqlarını Ançelottiyə bildiriblər.

Qeyd edək ki, bu mövsüm iki dəfə ağır zədə alan Arda Güler “Real Madrid”in heyətində 6 matçda 93 dəqiqə ərzində meydanda olub və bir qol vurub.

Bu yaxınlarda keçirilən “Selta Viqo” ilə matçın 89-cu dəqiqəsində oyuna daxil olan istedadlı futbolçu 94-cü dəqiqədə rəqib qapıçının yanından driblinqlə topu tora göndərib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO