Çempionlar Liqası:

Çempionlar Liqası: "Barselona" və “Arsenal” 1/4 finalda

Hazırda oxunan: Çempionlar Liqası: "Barselona" və “Arsenal” 1/4 finalda
182325
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Barselona” komandası evdə İtaliya “Napoli”sini 3:1 hesabı ilə məğlub edərək, turnirin 1/4 finalına yüksəlib.

Bizim.Media xəbər verir ki, “Barselona”nın qollarını Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. “Napoli”də isə Amir Rrahmani (30) topu rəqibin qapısından keçirib.

Qeyd edək ki, ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.

İngiltərənin “Arsenal” futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Portuqaliyanın “Portu” klubunu darmadağın edib. Görüş Londonda baş tutub. İlk görüş Porto-nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçının əsas vaxtı da eyni hesabla “Arsenal”ın xeyrinə yekunlaşıb. Əlavə vaxtda rəqiblər qol vura bilməyib, penaltilər seriyasında isə London komandası daha güclü olub - 4:2.

Bundan əvvəl hazırkı turnirin qalibi İngiltərənin “Mançester Siti”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bavariya” və Fransanın “Paris Sen-Jermen” klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək. İlk oyunlar aprelin 9- 10-da, cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO