Basketbol millimiz tarixi qələbə qazandı

Hazırda oxunan: Basketbol millimiz tarixi qələbə qazandı

179808

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, yığmamız Avropa zonası üzrə 1-ci seçmə mərhələdə Kosovonu qəbul edib. 

Tahir Baxşıyevin komandası doğma meydanda ilk oyunda qələbə qazanıb. Matçın gedişində hər iki tərəf önə keçsə də, sona yaxın millimiz daha dəqiq oynayıb. Basketbolçularımız 10 xal fərqi ilə qalib gəliblər. Bu millimizin 12 ildən sonra qazandığı ilk qələbədir. 
Qeyd edək ki, milli ilk turda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.

DÇ-2027, Avropa zonası üzrə 1-ci seçmə mərhələ

A qrupu, II tur

25 fevral

14:00. Azərbaycan – Kosovo - 87:77 (19:19, 24:25, 16:16, 28:17)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO