Bu gün

Bu gün "Qarabağ"ın rəqibi MÜƏYYƏNLƏŞƏCƏK 

Hazırda oxunan: Bu gün "Qarabağ"ın rəqibi MÜƏYYƏNLƏŞƏCƏK 
179485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. 

Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olacaq. 

Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq. 
Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya). 

Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək. 

Səpələnmişlər: "Atalanta" (İtaliya), "Brayton" (İngiltərə), "Bayer 04" (Almaniya), "Liverpul" (İngiltərə), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya), "Vilyarreal" (İspaniya), "Vest Hem" (İngiltərə). 

Səpələnməmişlər: "Milan" (İtaliya), "Benfika" (Portuqaliya), "Frayburq" (Almaniya), "Marsel" (Fransa), "Qarabağ" (Azərbaycan), "Roma" (İtaliya), "Sparta" (Çexiya), "Sportinq" (Portuqaliya). 

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO