“Qarabağ” bu gün Portuqaliyada tarixi oyuna çıxır

“Qarabağ” bu gün Portuqaliyada tarixi oyuna çıxır

Hazırda oxunan: “Qarabağ” bu gün Portuqaliyada tarixi oyuna çıxır

178251

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu raundda ilk matçını keçirəcək.

Ağdam təmsilçisi tarixi qarşılaşmaya Portuqaliyada çıxacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda “Braqa”nın qonağı olacaq.

“Munisipal” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ”da Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən oynaya bilməyəcək. Meydan sahiblərinin heyətində isə Bruma və Adrian Marin zədəli olduqları üçün oyunu buraxacaqlar.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO