"Qarabağ" qələbə qazandı - VİDEO

Hazırda oxunan: "Qarabağ" qələbə qazandı - VİDEO

176431

Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. 

Əvvəlcə 5-ci pillədəki "Səbail" evdə son çempion, hazırda turnir cədvəlinə liderlik edən "Qarabağ"la qarşılaşıb. 90+12 dəqiqə davam edən görüşdə 4 penalti təyin olunub, onlardan 3-ü qolla nəticələnib.  
Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Günün digər görüşündə 7-ci yerdəki "Sabah" 8-ci pillədəki "Turan Tovuz"u qəbul edəcək. Bu matç isə saat 17:30-da başlayacaq.

Turun digər oyunları 4 və 5 fevral tarixlərində keçiriləcək.

Misli Premyer Liqası, 21-ci tur

3 fevral

15:00. “Səbail” – “Qarabağ” - 1:2

Qollar: Toral Bayramov, 14-pen. (0:1), Yassin Benzia, 59-pen. (0:2), Pedro Nuno, 68-pen. (1:2)

Qırmızı vərəqə: Maksim Medvedev, 66 (2-ci sarı vərəqə,"Qarabağ")

Realllaşdırılmayan penalti: Toral Bayramov, 90+6 ("Qarabağ")

Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev

“ASCO Arena”

17:30. “Sabah” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev

“Bank Respublika Arena”
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO