
- A-
- A
- A+
İdman
07:29 / 29.12.2023
1 dəq oxunma
"Çelsi"nin Osimhen və Martinez planı
Hazırda oxunan: "Çelsi"nin Osimhen və Martinez planı
171231
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Çelsi"nin qış transfer pəncərəsi üçün planları məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
London təmsilçisi "Napoli"nin hücumçusu Viktor Osimhen və "İnter"in forvardı Lautaro Martinezi hədəf alıb.
Klub müdafiəçisi Mett Keş ("Aston Villa"), Giorgi Mamardaşvili (“Valensiya”) və Unai Simonla (“Atletik”) da maraqlansa da, əsas plan Osimhen və Martinezi almaqdır.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 19 oyundan sonra 25 xalla 10-cu yerdədir.
Xatırladaq ki, bu mövsüm 24 yaşlı Osimhen "Napoli"nin heyətində bütün yarışlarda 17 oyun keçirib, 8 qol vurub, 3 qolun ötürməsini edib. 26 yaşlı Martinez A Seriyasında 16 oyuna çıxıb, 15 qol vurub və 2 qolun ötürməsini verib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































