"Neftçi"nin yeni baş məşqçisinin DOSYESİ

Hazırda oxunan: "Neftçi"nin yeni baş məşqçisinin DOSYESİ
170592
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, "Neftçi" komandasının baş məşqçisi dəyişib. Rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onu bu postda Miodraq Bojoviç əvəzləyib.

Bizim.Media “Neftçi”nin yeni baş məşqçisinin dosyesini təqdim edir.

Belə ki, Miodroq Bojoviç 1968-ci ildə Monteneqronun Moykovats şəhərində anadan olub.

55 yaşlı mütəxəssisin futbolçu karyerası cəmi 13 il davam edib.

1986-1992-ci illərdə Pödqöritsanın "Buduçnost" klubunun formasını geyinən keçmiş müdafiəçi daha sonra Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.

1999-cu ildə futbolçu karyerasını bitirən Bojoviç 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada "Belqrad"ın "sükanı arxasında" olan mütəxəssis ardınca Yaponiyada "Hokkaydo Konsadole Sapporo"da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

O, Serbiyada "Borats", "Obiliç", "Hayduk" ( Belqrad), "Srvena Svezda", Kiprdə AEL, ölkəsində "Buduçnost", "Qrbal", Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal", "Krılya Sovetov"da işləyib.

Baş məşqçi son olaraq 2021/2022 mövsümündə "Arsenal" komandasına rəhbərlik edib. Bojoviç 2013/2014 mövsümündə "Rostov"la Rusiya Kubokunun, 2015/2016 mövsümündə "Srvena Svezda" ilə Serbiya Superliqasının qalibi olub.
Qeyd edək ki, "Neftçi" monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay) sözləşmə imzalayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO